İngiltərə Premyer Liqasında 19-cu turun ilk oyunu baş tutub.
Teleqraf.com xəbər verir ki, “Arsenal” klubu doğma meydanda “Liverpul”u qəbul edib.
Oyun gözlənildiyindən daha maraqlı keçib. İlk hissə qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissənin əvvəlində “Liverpul” daha bir qol vurub. Ancaq bundan sonra “Arsenal”ın hücumları başlayıb. Londonlular 5 dəqiqə ərzində rəqib qapısından 3 top keçiriblər. Qarşılaşmanın başa çatmasına 19 dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirə biliblər. Türkiyəli futbolçu Əmrə Canın ötürməsini Firminyo qola çevirib.
Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.