Fatih Terim “Qalatasaray”dan gedən ulduz futbolçuları geri qaytarır.
Teleqraf.com xəbər verir ki, Qalatasarayla 1,5 illik müqavilə imzalayan Fatih Terim növbəti mövsüm üçün ciddi hazırlıqlar görür.
Bir zamanlar öz gözəl oyunu ilə “Qalatasaray” azarkeşlərinin ürəyini fəth edən bir neçə futbolçu ilə danışıqlar başlayıb. Onların arasında Fransanın “Nays” klubunda çıxış edən Uesli Sneyder, Braziliya çempionatında oynayan Felipo Melo da var. İtaliyanın “Milan” klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Hakan Çalhanoğlunun da icarəyə götürələcəyi deyilir. Terimin köməkçiləri arasında Yohan Elmanderin də adı hallanır.