26 Dekabr 2017 01:44
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” “Real”ın da diqqət mərkəzində olan “Liverpul”un futbolçusu Məhəmməd Salahın xidmətində maraqlıdı.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “Barsa”nın misirli hücumçunun keçidi üçün “qırmızlar”a rəsmi müraciət etdiyi qeyd edilib.

Ancaq 25 yaşlı futbolçu “Real”da oynamaq istəyir. Belə ki, “kral klubu”nun hücumçusu Kriştiano Ronaldonun pərəstişkarı olan Salahın məhz bu səbəbdən Madrid təmsilçisində oynamaq arzusunda olduğu deyilir.

Misir millisinin üzvü “Liverpul”a yayda 42 milyon avro qarşılığında “Roma”dan transfer olunub. O, cari mövsümdə şans qazandığı 27 matçda 21 qol vurub, 6 məhsuldar ötürmə edib. (Komanda.az)


Müəllif: Teleqraf.com