Rusiya Futbol Federasiyasının prezidenti Vitali Mutko tutduğu vəzifədən istefa verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə qərarı İcraiyyə Komitəsinin iclasında verib.
RFF-in prezidenti vəzifəsini icra etmək müvəqqəti olaraq qurumun baş direktoru Aleksandr Alayevə həvalə olunub.