4 Avqust 2014 00:53
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun futbolçusu Koke "Barselona"dan təklif aldığını təsdiqləyib.

Qol.Az-ın məlumatına görə, o, "Sport" qəzetinə açıqlamasında deyib ki, Madrid klubunda qalmaq istədiyi üçün Kataloniya təmsilçisinin təklifini müsbət qarşılamayıb:

"Atletiko"da yaxşı günlərim olub. Öz evimdən ayrılmaq istəmədim. Ancaq "Barsa"nın təklifini rədd etmək çətin oldu".

Xatırladaq ki, Koke bu ilin iyununda "Atletiko" ilə müqavilənin müddətini 2018/2019 mövsümünün sonuna qədər uzadıb.


Müəllif: