30 Dekabr 2017 17:24
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray” rəhbərliyi Türkiyə millisində və İtaliyanın Roma klubunda çıxış edən Çingiz Ündərin transferini yenidən nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, Fatih Terimin hazırladığı transfer siyahısını nəzərdən keçirən rəhbərlik Çingiz Ündərin transfer məsələsini yenidən gündəmə gətirib.

Fatih Terim rəhbərliyə onun performansını çox bəyəndiyini və çempionluq yolunda “Qalatasaray”a çox kömək edəcəyini bildirib. Klubun transfer komitəsi yaxın günlərdə İtaliyaya yola düşəcək, “Roma” klubunda çıxış edən Çingizin icarəyə götürülməsi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, 13,5 milyon avroya “Roma”ya transfer olunan futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir və “Qalatasaray”a transfer olunmasına müsbət baxır.


Müəllif: Cabbar

Oxşar xəbərlər