30 Dekabr 2017 14:55
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beşiktaş” komandasının “Dinamo” Kiyevdən transfer etdiyi Domaqoy Vidanın Türkiyəyə gələcəyi tarix məlum olub.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı müdafiəçi yanvarın 2-də İstanbulda olacaq. Yanvarın 3-də “Vodafon parkda” klubla futbolçu arasında müqavilənin imzalanma mərasimi keçiriləcək.

Məlumata görə, futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq və o, ilə 3 milyon avro alacaq.

Domaqoy Vidan bu mövsüm “Dinamo” Kiyevin heyətində 18 oyun keçirib, 2 qol vurmağı bacarıb.


Müəllif: Cabbar

Oxşar xəbərlər