“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırdığını rəsmən açıqlayıb.
Teleqraf.com klub saytına istinadən xəbər verir ki, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2017-ci ilin yayından bu komandada çıxış edən legioner 2017/18 mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub. Endi “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.
“Qəbələ” Endi Hallidey və komandadan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.