Azərbaycan milli komandasının Moldova və Gürcüstan yığmaları ilə yoldaşlıq oyunlarının keçiriləcəyi vaxt və məkan bəlli olub.
Teleqraf.com AFFA-ya istinadən xəbər verir ki, hər iki matç Türkiyənin Antalya şəhərində Mardan stadionunda təşkil olunacaq.
Moldova ilə oyun yanvarın 30-da, Gürcüstanla qarşılaşma isə fevralın 2-də, eyni vaxtda - yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.