“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində ixtisarlara start verib.
Teleqraf.com xəbər verir ki, Terim hollandiyalı futbolçu Naycel De Yonqla yollarını ayırıb.
Futbolçu ötən mövsümdə heç bir oyunda iştirak etməyib.
Qeyd edək ki, “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında “Los Anceles Qalaksi” klubundan “Qalatasaray”a transfer edilmişdi.