Türkiyə Super Liqasında çıxış edən “Beşiktaş” klubunun 26 yaşlı futbolçusu Cenk Tosunun “Evertona”a keçidi rəsmiləşib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer üçün “Everton” İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib.
Müqavilənin imzalanmasından sonra İspaniyanın “Barselona” klubunda çıxış edən türkiyəli futbolçu Arda Turanın Tvitter hesabında paylaşımı maraq doğurub:
“Yolun açıq olsun, həqiqi Tosun Paşa”.