"Barselona"dan ayrılaraq Türkiyənin "Başakşehir" klubu ilə müqavilə imzaladığı bildirilən futbolçu Arda Turan barəsdində yazılan bəzi məlumatlara etirazını bildirib.
Teleqraf.com xəbər verir ki, Arda Turan ötən gün "Habertürk"də yayımlanan "Terim ilə çalışmaram" başlıqlı xəbərin yalan olduğunu bildirib.
Təcrübəli futbolçu sosial mediya hesabından paylaşdığı açıqlamasında barəsindəki xəbərin yalan olduğu qeyd edib.
"Dəyərli böyüyüm Mehmet Ağarla aramızda əsla belə bir söhbət olmayıb. Xəyal dünyanızın məhsulu olan xəbərləri lütfən özünüzə saxlayın və məni rahat buraxın", - deyə A.Turan qeyd edib.