4 Avqust 2014 15:26
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun avqust ayı üçün nəzərdə tutulan çempionatı Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsində üzgücülük üzrə keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu gün baş tutan yarışda nazirliyin 21 komandası və 42 nəfər iştirak edib. İSK-nın rəisi, polkovnik Füzuli Musayev iştirakçıları salamlayıb və yarışda uğurlar arzu edib.

Çempionatın baş hakimi Vaqif Hüseynovun işarəsi ilə yarışa başlayan iştirakçılar 50 metr, 100 metr və şəxsi hesabda 50 metr məsafəyə üzərək qalibiyyət uğrunda yarışıblar. Gərgin şəraitdə keçən çempionatda həm şəxsi hesab, həm də komanda hesabında qaliblər müəyyən olunub.

Komanda olaraq birinci yerə Mülkü Müdafiə Qoşunları, ikinci yerə Dövlət Sularda Xilasetmə Xidməti, üçüncü yerə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.

Şəxsi hesabda 1-ci yerə Kırılov Boris, ikinci yerə Britvin Emin, üçüncü yerə Cəfərzadə Mamed layiq görülüb.
Füzuli Musayev qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edib.


Müəllif: