Ağdamın “Qarabağ” klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.
Teleqaf.com xarici mediaya istinadla xəbər verir ki, hazırlığın ikinci günündə komandamız yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb.
Futbolçularımız səhər məşqində laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumu yoxlamaqdan ibarətdir. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub.
Komandamız yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.