14 Yanvar 2018 09:57
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Fənərbağça" komandasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib.

İnsident oyunun sonlarında yaşanıb.

İlk yarıda "Kukesi" 2 qol vursa da, "Fənər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. 48-ci dəqiqədə Juliano, 90-cı dəqiqədə Fernandao fərqlənib. Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub. İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub.

Mövsümün ilk yarısında "Kukesi"də Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev də forma geyinib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər