Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun üzgüçülük üzrə çempionatına yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsində İdman Sağlamlıq Klubunun üzgüçülük üzrə çempionatı keçirilib. Yarışda nazirliyin 21 komandasının tərkibində 42 nəfər iştirak edib.
İştirakçılar 50, 100 metr və şəxsi hesabda 50 metr məsafələrə üzərək qalibiyyət uğrunda yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyən olunub.
Komanda hesabında birinci yerə Mülkü Müdafiə Qoşunlarının, ikinci yerə Dövlət Sularda Xilasetmə Xidmətinin, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları layiq görülüb.
Şəxsi hesabda isə birinci yerə Boris Krılov, ikinci yerə Emin Britvin, üçüncü yerə isə Mamed Cəfərzadə çıxıblar.
Füzuli Musayev qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edib.