24 Yanvar 2018 21:33
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” komandası növbəti yoldaşlıq oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsində ilk sınağına çıxan komandamız bu il üçüncü görüşündə qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” klubu ilə üz-üzə gəliblər.

Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısında komandalar hərəyə bir qol vurublar. Oyunun 39-cu dəqiqəsində makedoniyalılar hesabı açıblar. “Rabotniçki”nin heyətində Serjio fərqlənib. “Qırmızı-qaralar” birinci hissənin sonunadək hesabda tarazlıq yaradıb. Hissənin sonuncu - 45-ci dəqiqəsində Asif Məmmədov rəqib qapısına yol tapıb.

İkinci hissədə “Qəbələ” komandası daha bir qol vurub. Oyunun 54-cü dəqiqəsində Baqali Dabo rəqibi məyus edib. Bu, görüşdə sonuncu qol olub.

Beləliklə, Antalya toplanışında bunadək Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə qarşılaşan “Qəbələ” ilk qələbəsini qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər