Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin son turana yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, bu gün start götürən XIII turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşıb.
Sözügedən görüş sülhlə bitib. Bununla da xallarını 8.5-ə çatdıran qrossmeyster turniri 3-cü pillədə başa vurub. Maqnus Karlsen və Aniş Qiri isə turnirin yekununda 9 xal toplayıblar. Buna görə də çempionluq üçün onlar əlavə görüş keçirəcəklər.