İspaniya millisinin baş məşqçisi Visente del Boske yığmadakı karyerasını başa vurduğunu açıqlayan Xavi Hernandez haqda xoş sözlər deyib.
Xavi kimi bir futbolçuya əvəzləyici tapmağın çətin olacağını bildirib:
"Xavi oyun üslubumuza bir açar oldu və komandaya böyük uğurlar qazandırdı. Son 6 ildə paltardəyişmə otağında ən böyük dəstəkçilərimizdən biri idi. Onu həm meydanda, həm də meydandan kənarda axtaracağıq. Bənzəri olmayan bir futbolçunu "itirdik". Onun kimisini tapmaq çətin olacaq".
Qeyd edək ki, 2000-2014-cü illərdə İspaniya millisinin şərəfini qoruyan Xavi keçirdiyi 133 oyunda 13 qola imza atıb./qol.az/