İspaniyanın aşağı yaş qruplarından ibarət komandalarının görüşündə faciə yaşanıb.
Teleqraf.com xəbər verir ki, "Alsir" klubunun kapitanı Naço Barbera oyun zamanı dünyasını dəyişib. Meydanda ürəyi dayanan 14 yaşlı futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı "Alsir" klubu bütün yaş qrupları üzrə bu günə nəzərdə tutulan matçlarını təxirə saldığını açıqlayıb.