İngiltərə premyer liqasının 27-ci turunda stadiona gələn tamaşaçı sayına görə rekord təzələnib.
Teleqraf.com xəbər verir ki, premyer liqanın mətbuat xidmətinin yaydığı məlumata görə, şənbə günü Londondakı Uembli stadionunda keçirilən “Tottenhem”-“Arsenal” qarşılaşmasını 83 222 tamaşaçı izləyib. Oyun “Tottenhem” klubunun minimal üstünlüyü ilə başa çatıb - 1:0.
Bundan əvvəlki rekord da Uembli stadionunda qeydə alınmışdı. Premyer liqanın 25-ci turu çərçivəsində yanvarın 31-də keçirilən “Tottenhem”-“Mançester Yunayted” (2:0) matçını izləmək üçün stadiona 81 978 futbol azarkeşi gəlmişdi.