17 Fevral 2018 08:05
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Spor Toto 1. Liqasında mübarizə aparan və ard-arda məğlub olan "Giresunspor" klubu tilsimini qırmaq üçün qurban kəsib.

Teleqraf.com "sondakika.com"a istinadla xəbər verir ki, Liqanın 20-ci həftəsində "İstanbulspor"la matçdan sonra baş məşqçisini dəyişən klub "Əskişəhər"lə də mübarizədən məğlub ayrılıb.

"Dənizlispor"la oyunda qələbəni əldən verməmək üçün "Giresunspor"un rəhbəri Mustafa Bozdağ qurban kəsdirib. Geyim tərzi və uzun saqqalı ilə diqqət çəkən futbolçu Aykut Dəmir qoçkəsmə mərasiminə əlində “Qurani-Kərim”lə qatılıb.

Mustafa Bozdağ çıxışında "Giresunspor"un yaxşı komanda olduğunu deyib: “Bizim inancımıza görə, üzərimizdə pislik varsa, qurban kəsdiririk. Allah qəbul etsin, qurbanımızı kəsib duamızı etdik. İnşallah fəaliyyətimiz öz tempi ilə davam edəcək”.


Müəllif: Kəmalə