Avropa Liqasının 1/16 final mərhələsində “Lokomotiv”lə oyun üçün Rusiyanın paytaxtı Moskvaya səfər edən “Nitsa”nın hücumçusu Mario Balotelli “Qırmızı meydan"da yoldaşları ilə gəzərkən zarafatından qalmayıb.
Teleqraf.com xəbər verir ki, italiyalı futbolçu üzünü prezident Vladimir Putinin iş yerinin olduğu Kremlin binasına tutaraq “Putin, hardasan” sualını verib.
Onun bu zarafatı yoldaşları tərəfindən gülüşlə qarşılanıb. Balotelli videonu İnstaqram səhifəsində də paylaşıb.
Qeyd edək ki, “Lokomotiv” – “Nitsa” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.