Çinin “Quançjou Everqrand” klubu 2 il əvvəl 42 milyon avroya transfer etdiyi Cekson Martineslə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, kolumbiyalı futbolçunun durumu məşqçilər korpusunu qane etmədiyindən, onun qovulmasına qərar verilib.
Xatırladaq ki, Çin klubu bu oyunçunu 2016-cı ildə Madrid “Atletiko”sundan transfer etmişdi. Martines bu komandada 2 il ərzində cəmi 16 oyuna çıxıb, 4 qol vurub, 2 məshuldar ötürmə ilə yadda qalıb.