“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım bəraət qazanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Əziz Yıldırım hakim və klubun keçmiş idarəçisi Rəcəb Özcanı təhqir etməkdə ittiham olunurdu. Məhkəmə onun sözlərinə təhqir tərkibi olmadığına qərar verib. Beləliklə məhkəmədə aldığı cəza - müvəqqəti olaraq vəzifədən uzaqlaşdılması 22 min 100 lirə pul cəzası ilə əvəz edilib.
Qeyd edək ki, hakim və klubun keçmiş idarəçisi Rəcəb Özcan Əziz Yıldırımın müvəqqəti olaraq vəzifədən uzaqlaşdılması qərarını vermişdilər.