4 Mart 2018 23:05
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub.

Teleqraf.com xəbər verir ki, bugünkü qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.

Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər