AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanmasına ayrılan vəsaitin həcmi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə hesabatında bu məbləğin 2 milyon 312 min 321 manat təşkil etdiyi bildirilir.
Bu vəsaitin 701 min 746 manatı “Bayıl Arena”ya, 655 min 884 manatı "Dalğa Arena"ya, 321 min 999 manatı Bakı Olimpiya Stadionuna, 250 min 293 manatı təlim-məşq bazasına, 128 min 100 manatı AFFA Futbol Akademiyasına, 122 min 514 manatı "Bakcell Arena"ya, 68 min 243 manat Ağsu stadionuna, 63 min 542 manatı Binə stadionuna ayrılıb.
AFFA-nın baş sponsoru SOCAR-dan əlavə daxil olan 2 milyon 670 min manat vəsait federasiyanın vasitəçiliyi ilə Bakı Olimpiya Stadionuna köçürülüb.
2017-ci ildə “Bayıl Stadionu”nda süni örtüyün dəyişdirilməsinə ehtiyac yaranıb. Örtüyün dəyişdirilməsinə xərclənən maliyyə vəsaiti "Bayıl Stadionu"nun saxlanılması xərcinə daxil edilib.
Daha sonra hesabatda deyilir ki, 2017-ci il ərzində futbol klublarına UEFA tərəfindən 37 milyon 48 min 16 manat maliyyə vəsaiti ayrılıb.
Məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 manatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manat olmaqla "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manat olmaqla "Sumqayıt" və "Şüvəlan"ın hesabına köçürülüb.
Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb.
I Divizionda iştirak edən 5 kluba və Premyer Liqada iştirak edən iki kluba SOCAR tərəfindən ayrılan 5 milyon 777 min 796 manat maliyyə vəsaiti AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klublara verilib.
Ötən ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi isə 849 min 733 manat olub.
AFFA-nın ayırdığı vəsaitləri manatla təqdim edirik:
Futzal Federasiyası - 210,500.00
Futbol Veteranları İttifaqı - 178,693.00
Regional Futbol Federasiyası - 135,544.00
Uşaq və Gənclər Federasiyası – 100,000.00
Çimərlik Futbol Federasiyası - 92,150.00
Əlillər Futbol Federasiyası - 77,146.00
Peşəkar Futbol Liqası - 25,500.00
İctimai Futbol Federasiyası - 19,2900.00
Tələbə Futbol Federasiyası - 11,000.00