9 Mart 2018 08:31
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.

Qeyd edək ki, komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər