9 Mart 21:29

Üç dəfə Dünya Çempionatı və iki dfə Olimpiya Oyunlarında iştirak edən, İtaliya və İngiltərə klublarında oynayan yaponiyalı ulduz futbolçu Hidetoşi Nakata 29 yaşında futboldan getməsinin səbəbləri barədə danışıb.

Teleqraf.com xəbər verir ki, futbolçu CNN-ə müsahibəsində bildirib ki, 29 yaşında onun futbola marağı azalıb və daha yaxşı yapon olmaq üçün ölkəsinə xidmət etmək istəyib: "Klub rəhbərliyi mənə mane olmağa çalışdı. Amma fikrimdən vaz keçmədim. Daha pula ehtiyacım yox idi. Hara gedirdimsə mənə Yaponiya barədə sual verirdilər. Hiss edirdim ki, ölkəm haqqında məlumatsızdırlar. Ölkəmə döndüm. Yapniyanı dolaşmağa, onu daha yaxından tanımağa başladım. Üç ay yollarda qaldım. Yaponların məişətini, mədəniyyətini öyrəndim".

Hidetoşi Nakata 2013-cü ildə Yaponiyanın milli içkisi olan sake istehsalına başlayıb. İçkinin bir şüşəsi min dollar dəyərindədir. Amma bununla kifayətlənmədi. O, içkini ən uyğun temperaturda saxlayan soyuducu istehsalına başladı. Soyuducuları Yaponiyadakı restoranlara satmaqla gəlirlərini artırdı. Biznesini genişləndirərək sake üçün bakal və şüşələr istehsal etməyə başladı. O, əcnəbilər üçün sake içkisi haqda məlumat verən bələdci birliyinin rəhbəri oldu.

Nakata 2010-cu ildə Haiti zəlzələsindən zərər çəkənlərə 1,5 milyon dollar pul yardımı edib.


Müəllif: Ruslan
Загрузка...