11 Mart 01:14

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.

Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər görüşləri belə nəticələnib:

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0

Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək./Report/


Müəllif: Teleqraf.com
Загрузка...