İspaniya La Liqasının son turunun “Eybar” – “Real” matçında maraqlı hadisə yaşanıb.
Oyunun 73-cü dəqiqəsində hesab 1:1 olarkən “kral klubu”nun kapitanı Serxio Ramos baş hakimə yaxınlaşıb nəsə dedikdən sonra tribunanın altında yerləşən otağa qaçıb. Təcrübəli müdafiəçi 5 dəqiqə sonra isə yenidən meydana qayıdıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan Ramosun niyə belə etməsinin səbəbini açıqlayıb: “Ramosun qarnı ağrıyırdı. Təcili tualetə getməli idi”.
Maraqlıdır ki, futbolçu özü də şəxsi “Twitter” hesabında Zidanın dediklərini təsdiqləyib: “Bu, təbiətin çağırışıdır. Getdim, enerji yığıb qayıtdım. Bundan sonra qol vurduq. Artıq evə getmək vaxtıdır. Sükanı belə saxlamalıyıq”.
Qeyd edək ki, “Eybar” – “Real” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb./Qol.az/