8 Avqust 2014 09:49
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra bütün "pley-off"çular müəyyənləşib.

29 qalib komandanın arasında bir Azərbaycan klubu var ki, bu da Bakının "Neftçi" klubudur.

Gürcüstanda "Çixura"nı 3:2 hesabı ilə məğlub edən "ağ-qaralar" tarixində ikinci dəfə "pley-off"da oynamaq hüququ qazanıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" klubu da ölkəmizi Avroliqanın "pley-off" mərhələsində təmsil edəcək.

Qeyd edək ki, "pley-off" mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

Birbaşa mübarizəyə qoşulanlar: "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent Etyen" (Fransa)

Çempionlar Liqasından gələnlər: "Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya), "Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka), "Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya)

III təsnifat mərhələsinin qalibləri: "Lion" (Fransa), PSV (Hollandiya), "Brügge" (Belçika), "Real Sosyedad" (İspaniya), "Yanq Boys" (İsveçrə), "Hall Siti" (İngiltərə), "Torino" (İtaliya), "Rio Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya), "Elfsborq" (İsveç), "Omonia" (Kipr), "Hayduk" (Split, Xorvatiya), "Krasnodar" (Rusiya), "Rijeka" (Xorvatiya), "Asteras Tripolis" (Yunanıstan), "Zarya" (Ukrayna), "Neftçi" (Azərbaycan), "Astra" (Rumıniya), "Petrolul" (Rumıniya), "Karabükspor" (Türkiyə), "Dinamo" (Minsk, Belarus), "Rux" (Polşa), "Sarayeva" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Belarus), "Spartak" (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), "Zimbru" (Moldova), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya).

Qol.az


Müəllif:

Oxşar xəbərlər