13 Mart 2018 16:08
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

Teleqraf.com xəbər verir ki, səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

Bu barədə Oxu.Az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:

“Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər