Portuqaliyalı futbolçu Kriştian Ronaldo ölkəsində təşkil olunan təltif etmə mərasimində rekordlarından danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, futbolçu ötən ilin onun üçün çox gözəl il olduğunu bildirib .
O, Real Madridlə 5 kubok, Qızıl top mükafatını, FIFA tərəfindən ilin futbolçusu adını aldığına görə çox xoşbəxt olduğunu bildirib . Ailəsinə də təşəkkür edən futbolçu 4 ayda 3 övlad sahibi olduğunu deyib. Futbolçu ‘həm ailədə həm də futbolda rekordlar qırmağa davam edirəm’ deyərək izləyənləri güldürüb.