Azərbaycan millisinin futbolçuları Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar:
"Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".
Matç Belarus yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.