Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Elvin Yunuszadə yığmanın heyətindən kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb müdafiəçinin nizam-intizam qaydalarını pozması olub.
Milli komandanın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməmişdi. Millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.