26 Mart 2018 16:17
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən önəmli qulaq-burun xəstəlikləri mütəxəssisi, professor Nurəddin Sözən indiki adı “Medipol Başakşəhər”, köhnə adı “İstanbul Böyükşəhər Bələdiyyəspor” olan futbol klubu haqqında xatirələrini danışıb.

Teleqraf.com xəbər verir ki, professorun sözlərinə görə, 1992-ci ildə komandanın bir qanunu varmış, heç bir futbolçuya transfer haqqı ödənmirmiş:

“Futbolçulara və onların yaxınlarına bələdiyyədə iş verirdik. Həm bələdiyyədə işləyirdilər, həm də professional idmançı olurdular. Çempion olanda isə bir üst liqaya keçmirdik ki, vətəndaşın və bələdiyyənin pullarını transferə xərcləməyək. Futbolçulara qızıl hədiyyə edirdik”.

Nurəddin Sönər Arda Turanı “İstanbul Başakşəhər”ə transfer edən sponsorlar haqda da danışıb: “Ardanı “Qalatasaray” və “Fənərbaxça” kimi klublar transfer edə bilmədi, ancaq “İstanbul Başakşəhər”in sponsorları transfer etdi. Bizim vaxtımız olsaydı, Arda maaş ala bilməzdi, uzağı bələdiyyədə işçi kimi çalışardı”.


Müəllif: Cabbar

Oxşar xəbərlər