2026-cı ildə keçiriləcək dünya çempionatı ilə bağlı 4 ölkə namizədliyini rəsmən irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Bildirilir ki, ABŞ, Kanada, Meksika və Mərakeş mundiala ev sahibliyi etmək üçün ali futbol qurumuna rəsmi sənədlərini göndərib. Mərakeşdən fərqli, ilk 3 Şimali Amerika ölkəsi dünya çempionatını birlikdə təşkil etmək niyyətindədir.