PSJ klubu yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.
Teleqraf.com-un "TALKsport"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi bu dəfə "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçlə yaxından maraqlanır.
Fransa klubu artıq "Çelsi"yə rəsmi təklif göndərib. PSJ klubu serbiyalı futbolçunun transferi üçün qarşı tərəfə 15 miyon avro ödəməyə hazırdır. Lakin London təmsilçisi bu təklifə heç bir münasibət bildirməyib.
Qeyd edək ki, bu mövsüm 33 oyuna çıxan İvanoviç 3 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.