9 Avqust 2014 14:41
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada CSİ-1* kateqoriyalı "Riders Cup" beynəlxalq turnirinə start verilib.

Trend-in məlumatına görə, yarışın ilk günündə çaparlar 140 sm-lik maneələrə qarşı mübarizə aparıblar.

Turnirdə "Carvin" ləqəbi atla çıxış edən milli komandamızın üzvü Andre Şröder bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. İkinci pilləni "Adam L" ləqəbli atla yerli idmançı Martin Neergaard tutub.

"Rolex" ləqəbli atla isveçli Sofia Kroon üçüncü olub.


Müəllif: