İran dövlət televiziyası İtaliya futbol klubunun emblemini senzura edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ötən gün UEFA Çempionlar liqası kuboku uğrunda keçirilmiş İtaliyanın "Roma" klubu ilə İspaniyanın "Barselona" klubu arasında oyunu işıqlandıran İran televiziyası canavarların loqosundakı təsviri görünməz edib.
Böyük hesabla "Barselona"nın xeyrinə başa çatmış matçın işıqlandırılması zamanı İtaliya klubunun loqosundakı dişi canavarın əmzikləri senzuraya məruz qalıb.
"Roma" klubunun loqosunda qədim romalıların totemi sayılan Kapitoli Canavarının iki uşağı öz südü ilə yedizdirdiyi an təsvir edilib.
Həmin iki uşaq qədim rəvayətlərə görə "Roma"nın əsasını qoyan Romul və Rim adlı əkizlərdir.
İran telekanalının bu hərəkəti sosial mediada lağa qoyulub.
"3000 il idiki Rim və Romul ana südündən məhrum idi, İran dövlət televiziyası indi onları canavar südündən də məhrum etdi", - Danimarkada mənzillənən iranlı idman jusnalisti Mehdi Rostampour "Telegram" kanalında yazıb.