Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Nyu Yorkda döyüş çempionatının (UFC) keçirildiyi məkanda ənənəsinə sadiq qalaraq dava-dalaş salıb.
Teleqraf.com xəbər verir ki, hiddətlənmiş Makqreqor idmançıları daşıyan avtobusa hücum çəkib.
Məlumata görə, çılğın irlandiyalı idmançı avtobusa rusiyalı döyüşçü Həbib Nurməhəmmədova görə hücum çəkib.
Makqreqorun barəsində həbs qətimkan tədbiri seçilib.