Məşhur futbolçu Arda Turan sosial media hesabında "Mənim yeni fizioterapevtim" qeydi ilə şəkil paylaşıb.
Teleqraf.com xəbər verir ki, Arda Turanın terapevt kimi təqdim etdiyi "həkim" həyat yoldaşı Əslihan Doğandır. O, ayaqlarını yuyan həyat yoldaşının şəklini paylaşıb və bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Ulduz futbolçunun bu paylaşımı sosial mediada gündəmi zəbt etsə də, hələ ki, Arda Turan buna münasibət bildirməyib.
Xatırladaq ki, bundan öncə, məşhur müğənni Alişan da buna bənzər paylaşımla gündəmi zəbt etmişdi. O, sosial mediada foto paylaşaraq, "Həyat yoldaşım olacaq xamım mənim cəkələklərimi geyindirməlidir" yazmışdı.