10 Aprel 2018 21:29
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FIFA) klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, transfer sisteminin islahatını müzakirə etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Cafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir.

İcarə gənc futbolçulara klublarda inkişafına kömək edəcək bir vasitə kimi qəbul olunsa da, lakin FIFA hesab edir ki, hazırda klublar transfer sistemini şəxsi maraqları üçün istifadə edirlər.

Xatırladaq ki, təkcə cari mövsümdə “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22 və “Mançester Siti” 18 oyunçu icarəyə verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər