10 Avqust 2014 20:56
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə qalmaqal yaradıb.

54 yaşlı veteran futbolçu jurnalisti döyüb.

O, oğlu ilə teatra getmək istəyərkən jurnalistlər onun qarşısını kəsib və müsahibə almaq istəyib. Baş verənlər Maradonanı özündən çıxarıb və o, jurnalistlərin birini şillələyib. Daha sonra maşınına əyləşən Maradona hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, bu, məşhur futbolçunun jurnalistə əl qaldırdığı birinci hadisə deyil./qol.az/


Müəllif:

Oxşar xəbərlər