20 Aprel 2018 01:27
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun "Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, "Sumqayıt" klubu “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib. "Gənclik şəhəri" təmsilçisinin müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edib.

Beləliklə, "Sumqayıt" - "Qarabağ" qarşılaşması "Neftçi" - "Qəbələ" görüşü ilə eyni vaxtda başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər