Çempion olmaq hər bir futbolçunun, hər klubun arzusudur. Öncə futbolçularımı, azarkeşlərimizi ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm.
Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandasının futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirməsi barədə danışarkən deyib.
Baş məşqçi “Sumqayıt” klubu ilə qarşılaşmanın çətin olduğunu deyib: “Bilirdik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldır”.
Qeyd edək ki, Ağdam təmsilçisi XXIV turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək 5-ci dəfə Azərbaycan çempionu olub.