23 Aprel 2018 23:43
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Everton” mövsümün sonunda baş məşqçi Sem Ellerdaysla yollarını ayrımaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Teleqraf” qəzeti məlumat yayıb.

Xəbərə görə, “Everton” mövsümün sonunda “Arsenal”dan ayrılacaq Arsen Vengeri kluba dəvət etməyi düşünür. Fransalı baş məşqçi ötən həftə “Arsenal”dan gedəcəyini açıqlamışdı. “Everton”un ən böyük ortağı olan Fərhad Moşiri bu xəbəri alar-almaz A.Venger üçün hərəkətə keçib. Vengerin fanatı olan iş adamı bu şansı qaçırmaq istəmir.

Təcrübəli baş məşqçi ilə maraqlanan klublar arasında “Monako” və “Strasburq” da var. Ancaq bu iki klub baş məşqçilik deyil, idman direktorluğu vəzifəsini təklif etməyi düşünür. Vengerin “Everton”a keçməkdə rəqibi “Şaxtyor”dan ayrılacaq Paulo Fonsekadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər