20-22 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Karate üzrə Dünya Çempionatı (World Shotokan Karate Champıonshıp) keçirilib.
Teleqraf.com xəbər verir ki, “Dinamo” idman cəmiyyətinin xətti ilə ölkəmizi bu çempionatda Rauf Yusifov təmsil edib.
Rauf Yusifov ölkəyə 2 medalla qayıdıb.
Ağır çəkidə (84+ ) kişilər arasında Karatenin "Wkf" növü üzrə dünya 2-cisi olub, gümüş medal qazanıb. Eyni zamanda həmən yarışda Rauf Yusifov karatenin "Shobu sanbon" növü üzrə dünya 3-cüsü olub. Və Dünya Çempionatından 2 medalla geri dönüb.