Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində çoxnövçülüyün yekunu üzrə qalib gələn qrup hərəkətləri komandalarının mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, iki hərəkətin yekunu üzrə italiyalı gimnastlar ən yüksək nəticə göstəriblər - 40,650.
Bolqarıstan idmançıları ikinci (38,400), Yaponiya yığması isə 35.550 xalla üçüncü olub.
Qaliblərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, FIG-nin texniki nümayəndəsi Kerolayn Hant, Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryugina və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.
Həmçinin cari ildə Dünya Kuboku mərhələlərində qeydə alınmış ən yaxşı nəticələrə görə FIG Kuboku təqdim edilməsi mərasimi keçirilib.
Bundan başqa, Azərbaycan Gimnastika Federasiyası tərəfindən təsis edilmiş ən yüksək bala görə "AGF Trophy" mükafatı italiyalı gimnastlara verilib.